
- A-
- A
- A+
Siyasət
14:32 / 28.10.2020
Ermənistan MN : « Mülki əhali Şuşa və Xankəndindən çıxsın!»
Hazırda oxunan: Ermənistan MN : « Mülki əhali Şuşa və Xankəndindən çıxsın!»
1445
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Azərbaycan Ordusu torpaqlarımızı erməni işğalından azad etməkdə davam edir. Məğlubiyyətə uğrayan Ermənistan Müdafiə Nazirliyi çarəsiz qalaraq erməni əhaliyə müraciət etməyə qərar verib.
Bizim.Media Ermənistan KİV-nə istinadən xəbər verir ki, Nazirlik Şuşa və Xankəndindəki ermənilərdən ərazini tam boşaltmağı tələb edib.
Nazirliyin rəsmisi Artsrun Ovannisyan sakinlərə bu addımın təhlükəsizlik məqsədilə atıldığını deyib. Bölgədə olan jurnalistlər isə Azərbaycan Ordusunun ciddi irəliləyişi fonunda hərbi əməliyyatların bu şəhərlərə yaxınlaşdığını söyləyib.
Qeyd edək ki, Ermənistan rəsmiləri Qarabağda yaşayan 90 mindən artıq erməni mənşəli sakinin Ermənistan ərazisinə köçürüldüyünü açıqlamışdı
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































