Ermənistanın “blokada” ilə bağlı bəyanatları yalan təbliğatdan başqa bir şey deyil - VİDEO

Ermənistanın “blokada” ilə bağlı bəyanatları yalan təbliğatdan başqa bir şey deyil - VİDEO

Hazırda oxunan: Ermənistanın “blokada” ilə bağlı bəyanatları yalan təbliğatdan başqa bir şey deyil - VİDEO

144188

Ermənistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə məhəl qoymadan təcavüzkar bəyanatlar verməkdə davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə Vankuverdə ATƏT Parlament Assambleyası Komitəsinin ikinci iclasında çıxış edən Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

T.Gəncəliyev Ermənistan nümayəndə heyətinin nümayəndəsinə cavab olaraq bildirib ki, Azərbaycanda beynəlxalq və daxili hüquqi qüvvəyə malik olmayan saxta coğrafi yerlərdən istifadə edilməsi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə hörmətlə bağlı ən yüksək səviyyədə bəyanatlarının Ermənistanın etdiyi əməllərlə, o cümlədən onun ATƏT PA-dakı parlament nümayəndə heyətinin hərəkətlər ilə ziddiyyət təşkil etdiyinə sübutdur.

"Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi bu ölkənin real hərəkətləri ilə ziddiyyət təşkil etməsəydi, alqışlana bilərdi.

Ermənistanın atdığı addımlar Ermənistan və Azərbaycan arasında münaqişədən sonra münasibətlərin normallaşması prosesinə xələl gətirmək və Azərbaycanın suveren ərazilərində qanunsuz hərbi mövcudluğu davam etdirmək məqsədi daşıyır", - deyə deputat əlavə edib.


Millət vəkili onu da qeyd edib ki, Azərbaycan Laçın yolu ilə hərəkət üçün heç vaxt maneə yaratmayıb və Ermənistan tərəfinin qondarma “blokada” və ya “etnik təmizləmə” ilə bağlı bəyanatları yalan təbliğatdan başqa bir şey deyil.
"Azərbaycan suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan normallaşma proqramına sadiq qalır. Eyni zamanda, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyə davam edəcək", - deyə o bildirib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO