Belarus səfiri: “İnsanlar yatan vaxt şəhərə raket atılması yolverilməzdir”

Belarus səfiri: “İnsanlar yatan vaxt şəhərə raket atılması yolverilməzdir”

Hazırda oxunan: Belarus səfiri: “İnsanlar yatan vaxt şəhərə raket atılması yolverilməzdir”

1432

“Mən Gəncəyə səfər etməyə qərar verdim. Diplomatlar burda olarkən mən xəstə idim. Gəncə və Belarus arasında həmişə yaxın və xeyirxah münasibətlər olub. Raket zərbələrinin endirildiyi yerdə gördüklərim məni sarsıtdı”.

Bizim.Media-nın xəbərinə görə bunu Gəncədə səfərdə olan Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, XXI əsrdə dinc, yatmış şəhərə raket zərbələrinin endirilməsi yolverilməzdir.

Səfir müharibənin yazılmamış qanunlarına riayət etməyə, yaşayış məntəqələrini atəşə tutmaqdan yayınmağa çağırış edib.

Diplomat mümkün qədər tez sülh danışıqlarına başlanılmasının vacibliyinə toxunub. O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində sülh yolu ilə ərazi bütövlüyü əsasında həll edilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO