Ermənistanda hərbi müqaviləlilər və polislər cəbhəyə getməkdən imtina edir

Ermənistanda hərbi müqaviləlilər və polislər cəbhəyə getməkdən imtina edir

Hazırda oxunan: Ermənistanda hərbi müqaviləlilər və polislər cəbhəyə getməkdən imtina edir

1406

Düşmənin avtomobil texnikalarının sayının əhəmiyyətli dərəcədə azalması ön xətdəki bölmələrin ərzaq, silah-sursatla təminatında problemlər yaradıb.

Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib ki, Ermənistandan toplanan hərbi vəzifəlilərin Azərbaycanın işğal olunmuş ərazilərinə göndərilməsi prosesi davam edir.

Döyüşlərə cəlb etmək məqsədilə 2000 nəfərdən ibarət heyətin toplanması barədə tapşırığın verilməsinə baxmayaraq cəmi 300 nəfəri toplamaq mümkün olub. Hətta bir çox hərbi müqaviləlilər və polis əməkdaşları cəbhəyə getməkdən imtina edirlər.

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd “Osa” ZRK, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-30, 5 ədəd D-20 və 1 ədəd D-44 topu, 2 ədəd 2A36 “Qiasint-B” topu, 1 ədəd 120-mm minaatan, 1 ədəd “Konkurs” tank əleyhinə raket kompleksi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO