Parlamentdə Qərbi Azərbaycanla bağlı ictimai dinləmə KEÇİRİLƏCƏK  

Parlamentdə Qərbi Azərbaycanla bağlı ictimai dinləmə KEÇİRİLƏCƏK  

Hazırda oxunan: Parlamentdə Qərbi Azərbaycanla bağlı ictimai dinləmə KEÇİRİLƏCƏK  
140457
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyunun 12-də Milli Məclisdə parlamentin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmə keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Dinləmədə Milli Məclisin deputatları, mövzu ilə əlaqədar aidiyyəti qurumların rəhbərləri, alim və tədqiqatçılar, media orqanlarının rəhbər şəxsləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər. 

Tədbir iştirakçıları Qərbi Azərbaycanda tarixi-mədəni irsimizin soyqırıma məruz qalması, bu kimi halların beynəlxalq ictimaiyyətə çatdırılması, bu bölgədə Azərbaycanın tarixi və mədəni irsinin bərpası və dirçəlişi ilə bağlı fikirlərini bölüşəcəklər, təkliflərini verəcəklər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO