
- A-
- A
- A+
Siyasət
15:28 / 08.06.2023
Ermənistan Sərhəd Qoşunlarının nümayəndə heyəti BAKIYA GƏLDİ
Hazırda oxunan: Ermənistan Sərhəd Qoşunlarının nümayəndə heyəti BAKIYA GƏLDİ
140429
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ermənistan nümayəndə heyəti MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən iclasında iştirak edir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Sputnik Armenia" nəşri yayıb.
Mənbə yazır ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının nümayəndə heyətinə komandan vəzifəsini əvəz edən şəxs başçılıq edir. Onlar Bakıya Moskvadan uçublar.
Qeyd edək ki, bu gün Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının 86-cı iclası keçirilir. İclasda Ermənistan, Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan sərhəd xidmətlərinin nümayəndələri də iştirak edir.
İclas iştirakçıları MDB-yə üzv dövlətlərin sərhədlərindəki vəziyyəti müzakirə edəcəklər.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































