Azərbaycan “NATO+tərəfdaşlar” formatında iclasa dəvət OLUNUB

Hazırda oxunan: Azərbaycan “NATO+tərəfdaşlar” formatında iclasa dəvət OLUNUB

139837

Azərbaycan bu gün ilk dəfə olaraq NATO Hərbi Komitəsinin enerji təhlükəsizliyi ilə bağlı “NATO+tərəfdaşlar” formatında keçirilən iclasına dəvət olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Cəfər Hüseynzadə özünün "twitter" hesabında bildirib. 

O qeyd edib ki, Beynəlxalq Əlaqələrin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərova NATO Baş Qərargahında enerji təhlükəsizliyi ilə bağlı müttəfiq ölkələrə və dəvət edilən qonaqlara brifinq verəcək. 
Məlumata görə, Esmira Cəfərova eyni zamanda NATO-nun İqlim və Enerji Təhlükəsizliyi Bölməsinin rəhbəri Mayk Rüle və Litvadakı NATO Enerji Təhlükəsizliyi Mərkəzinin rəhbərliyi ilə ikitərəfli görüşlər keçirəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO