Qeyri-rəsmi Kişineu görüşü pozitiv keçib

Qeyri-rəsmi Kişineu görüşü pozitiv keçib

Hazırda oxunan: Qeyri-rəsmi Kişineu görüşü pozitiv keçib

139218

İyunun 1-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında baş tutan qeyri-rəsmi görüşü müsbət qiymətləndirmək olar. 

Bizim.Media xəbər verir ki, görüşdə əsasən sülh müqaviləsi ilə bağlı danışıqların davam etdirilməsinin vacibliyi danışılıb. 

Görüşdən sonra verilən açıqlamalar danışıqların pozitiv müstəvidə keçdiyindən xəbər verir. 

Artıq məlumdur ki, görüş zamanı prosesin ənənəvi üçtərəfli formatda davam etdirilməsi, danışıqların növbəti raundunun iyulun 21-də Brüsseldə təşkil olunması barədə razılıq əldə olunub. Bunadək isə XİN başçılarının Vaşinqtonda növbəti görüşünün keçiriləcəyi bildirilib.

Qeyd olunub ki, Vaşingtonda əsas danışıqlar sülh müqaviləsi ilə bağlı olacaq. 

Aydındır ki, Aİ Şurasının rəhbəri Şarl Mişel vasitəsilə aparılan bugünki danışıqlar daha çox koordinasiya məqsədi daşıyırdı və Fransa ilə Almaniyanın görüşdəki iştirakı bütövlükdə qeyri-formal xarakterli idi. Beştərəfli görüşdən öncə üçtərəfli müzakirələrin başlaması da danışıqların əsas formatının məhz Brüssel formatı olduğunu bir daha təsdiqləyir.   

Xatırladaq ki, Belçika paytaxtındakı belə görüşlərdən sonuncusu mayın 14-də baş tutub və burada sülh müqaviləsi üzrə danışıqların intensivləşdirilməsinin vacibliyi qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO