Şahbaz Şərif: “Pakistan Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə dəstəyini davam etdirəcək”

Hazırda oxunan: Şahbaz Şərif: “Pakistan Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə dəstəyini davam etdirəcək”

138346

Pakistan Azərbaycanla qardaşlıq əlaqələrini yüksək qiymətləndirir və ölkənizin suverenliyinə, ərazi bütövlüyünə dəstəyini davam etdirəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifin 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanlandığı təbrik məktubunda bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Pakistanın Baş naziri İlham Əliyevi təbrik edib


Pakistanla Azərbaycan arasında sıx əməkdaşlığın xalqlarımızın qarşılıqlı rifahı naminə daha da genişlənəcəyinə əminliyini vurğulayan Baş nazir qeyd edib:

“Bu baxımdan mən tezliklə gözəl ölkənizə səfər etməyi səbirsizliklə gözləyirəm. 

Mən, həmçinin bu fürsətdən istifadə edərək, müstəqil ölkənizin banisi Ulu Öndər Zati-aliləri Heydər Əliyevin bu yaxınlarda qeyd olunan yüzillik yubileyi münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram. İnkişaf yolunda inamla irəliləyən bugünkü Azərbaycan həqiqətən də Heydər Əliyevin arzularının real həyatda təntənəsidir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO