Prezident erməni havadarlarına səsləndi:

Prezident erməni havadarlarına səsləndi: "O təlxək bəyan etsin ki, çıxıram torpaqlardan!"

Hazırda oxunan: Prezident erməni havadarlarına səsləndi: "O təlxək bəyan etsin ki, çıxıram torpaqlardan!"

1322

“Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun. Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram. Yoxsa gündə beş-altı dəfə dünya liderlərinə zəng etməklə məsələ düzəlməz. Bizim mövqeyimiz dəyişməz olaraq qalır və biz haqqı, ədaləti müdafiə edirik”.

Bizim.Media xəbər verir ki, bu fikirləri xalqa müraciətində Prezident İlham Əliyev səsləndirib. Azərbaycan Prezidenti qeyd edib ki, münaqişənin həlli üçün hüquqi baza kifayət qədər genişdir və bu da bizə döyüş meydanında düşmənə dərs verməyə, onları qovmağa və  bizim torpaqlarımızdan rədd etməyə imkan verir.

“Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının iclasını çağırırlar. Bir dəfə artıq bunu etmişlər. Orada qəbul edilmiş sənəd, görünür ki, onları qane etmədi. Bir neçə gün bundan əvvəl biz yeni sənədin ortaya çıxmasını gördük”.

Prezident BMT Təhlükəsizlik Şurasına üzv ölkələrə böyük təzyiqlərinə baxmayaq bu sənədin qəbul edilməsinə imkan vermədyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO