Ermənistanla sərhədin delimitasiyası üzrə Dövlət Komissiyasının katibi TƏYİN EDİLDİ

Ermənistanla sərhədin delimitasiyası üzrə Dövlət Komissiyasının katibi TƏYİN EDİLDİ

Hazırda oxunan: Ermənistanla sərhədin delimitasiyası üzrə Dövlət Komissiyasının katibi TƏYİN EDİLDİ

130340

Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasi üzrə Dövlət Komissiyasının Katibliyinə rəhbər təyin edilib.

Nazirlər Kabinetindən Bizim.Media-ya verilən xəbərə görə, Baş nazir Əli Əsədov bu barədə müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Murad Nəcəfbəyli komissiyanın katibi təyin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2022-ci ildə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb.

Komissiyanın sədri baş nazirin müavini Şahin Mustafayevdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO