XİN başçısı:

XİN başçısı: "Azərbaycan erməni sakinlərin reinteqrasiyasında qərarlıdır"

Hazırda oxunan: XİN başçısı: "Azərbaycan erməni sakinlərin reinteqrasiyasında qərarlıdır"

128934

“Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb və Azərbaycanın müstəqilliyinin ilk illərinə təsadüf edən bu ağır dövrdə Qaçqınlar üzrə Ali Komissarlığın ölkəmizlə əməkdaşlıq edib”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Bik Lum ilə görüşündə bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov BMT QAK-ın Azərbaycandakı yeni nümayəndəsi ilə görüşüb


Nazir, həmçinin münaqişədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə aparılan intensiv bərpa və yenidənqurma işlərindən bəhs edərək, bu işlər çərçivəsində artıq məcburi köçkünlərin Ağalı və Talış kəndlərinə qayıtmağa başladığını qeyd edib. Nazir Ceyhun Bayramov ölkəmizin həmçinin erməni sakinlərin reinteqrasiyasında qərarlı olduğunu vurğulayıb. 

Bununla yanaşı, Azərbaycanın sülh təşəbbüslərinə baxmayaraq Ermənistan tərəfindən hərbi-siyasi təxribatlar diqqətə çatdırılıb.

İşğal dövründə beynəlxalq təşkilatların missiyalarına imkan yaratmayan Ermənistan tərəfinin son zamanlar beynəlxalq təşkilatlardan öz məkrli niyyətləri üçün istifadə cəhdlərinin qəbuledilməz olduğu vurğulanıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO