Peşəkar idmanla məşğul olmuş SİYASƏTÇİLƏR – ARAŞDIRMA 

Hazırda oxunan: Peşəkar idmanla məşğul olmuş SİYASƏTÇİLƏR – ARAŞDIRMA 

127657

Dünyanın əksər ölkələrində olduğu kimi, vaxtilə idmanın müxtəlif növlərilə məşğul olub, indi siyasi arenada fəaliyyət göstərən şəxslər Azərbaycanda da az deyil. Onlar arasında parlament üzvləri, hətta partiya sədrləri də var. 

Bizim.Media vaxtilə peşəkar səviyyədə idmanla məşğul olmuş siyasətçiləri araşdırıb.

Adil Əliyev

Deputat, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev cüdo üzrə idman ustasıdır. Deputat cüdo ilə yanaşı, kikboksinq üzrə də nailiyyət qazanıb.

O, kikboksinq üzrə veteranlar arasında 2008-ci ildə dünya çempionu olub. Sonuncu dəfə isə Adil Əliyev 2016-cı ildə İtaliyada keçirilən kikboksinq üzrə dünya çempionatının qalibi olub. 

Siyavuş Novruzov

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov güləş üzrə idman ustasıdır. O, 1988-ci ildə SSRİ çempionu da olub.  

Ülvi Quliyev

Milli Məclisin Gənclər və idman komitəsi sədrinin müavini Ülvi Quliyev əməkdar bədən tərbiyəsi və idman xadimidir. O, Karate üzrə Avropa və dünya çempionudur. 

Novruz Aslan

Aqrar siyasət komitəsinin üzvü Novruz Aslan da idman ustalığına namizəddir. O, cüdo-sambo idman növü ilə məşğul olub. Bir neçə dəfə Azərbaycan çempionatında medallara layiq yerlər tutub. 

Vüqar İskəndərov

Millət vəkili Vüqar İskəndərov da idmançı deputatlarımızdandır. O, 1990-cı ildən taekvando şərq döyüş növü ilə, 1992-ci ildən isə karate-do döyüş növü ilə məşğul olub.

Deputat 1993–1995-ci illərdə karate-do üzrə məşqçi-müəllim çalışıb. 1995-ci ildə Azərbaycan karate-do Federasiyasının Assosiasiyasının şimal-qərb regionun sədri vəzifəsinə təyin edilib..

2001-ci ildə isə Azərbaycan Taekvando Federasiyasının şimal-qərb regionunun sədri vəzifəsinə təyin olunan Vüqar İskəndərov həmin il respublika rayonları arasında ilk dəfə olaraq şərq döyüşü növləri üzrə xüsusi məktəb yaradıb.

Ağacan Abiyev

Sabiq deputat Ağacan Abiyev də idman ustasıdır. Eyni zamanda, beynəlxalq dərəcəli hakimdir. O, uşaq vaxtlarından boksla məşğul olub. 6 dəfə Azərbaycan çempionu adını qazanıb və SSRİ-nin fəxri idman ustası dərəcəsinə qədər də yüksəlib 1957-ci ildən “Neftçi” İdman Cəmiyyətində məşqçi işləməyə başlayıb.

Fərəc Quliyev 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Fərəc Quliyev sambo üzrə idman ustasıdır. Sabiq deputat həm də Şito-Ryu Karate Do Federasiyasının fəxri prezidentidir.

O, "Sportivnaya Rossiya" Beynəlxalq Döyüş Sənəti festivalında Azərbaycan yığma komandasına xüsusi dəstəyin təşkilinə görə beynəlxalq sertifikata və medala layiq görülüb.

Hafiz Hacıyev

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev vaxtilə boksla məşğul olub. 

İqbal Ağazadə

Ümid Partiyasının sədri İqbal Ağazadə peşəkar ağırlıqqaldırma ilə məşğul olub. 1987-1988-ci illərdə SSRİ Silahlı Qüvvələri arasında keçirilən ağırlıqqaldırma üzrə yarışda ikinci yeri tutub. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO