“Azərbaycan üçtərəfli görüşə hazırdır, Ermənistan isə yekun razılıq verməyib” - Lavrov - VİDEO

“Azərbaycan üçtərəfli görüşə hazırdır, Ermənistan isə yekun razılıq verməyib” - Lavrov - VİDEO

Hazırda oxunan: “Azərbaycan üçtərəfli görüşə hazırdır, Ermənistan isə yekun razılıq verməyib” - Lavrov - VİDEO

123005

Azərbaycan tərəfi üçtərəfli görüşə hazırdır, Ermənistan isə yekun razılıq verməyib.

Bizim.Media xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.

“Biz dəfələrlə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə görüşmək üçün meydança təqdim etmişik.

O cümlədən, ötən ilin dekabrında razılıq vardı ki, həmkarlarımızın Rusiya ərazisində növbəti görüşünü keçirək. Ceyhun Bayramov hadisələrin sonrakı inkişafını xatırlatdı. Erməni həmkarlarımız bu tədbirdə iştirak edə bilməyəcəklərini bildirdilər. Biz belə görüşü keçirməyə hazır olduğumuzu təsdiqlədik. Azərbaycan tərəfi də buna hazır olduğunu bildirib.
Ermənistan tərəfi də buna etiraz eləmədiyini deyib, lakin hələlik yekun razılığı verməyib. Düşünmürəm ki, biz öz xidmətlərimizi təklif etməkdə təkid edəcəyik. Lakin bu təkliflər hər iki tərəfə yaxşı məlumdur”, deyə Rusiya XİN başçısı qeyd edib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO