Gürcüstan hökuməti tam tərkibdə istefa verdi - YENİLƏNİB

Gürcüstan hökuməti tam tərkibdə istefa verdi - YENİLƏNİB

Hazırda oxunan: Gürcüstan hökuməti tam tərkibdə istefa verdi - YENİLƏNİB

12217

Gürcüstan hökuməti tam tərkibdə istefa verib.

Bizim.Media-nın məlumatına görə,Baş nazir Giorgi Qaxarianın istefası ilə əlaqədar olaraq hökumət tam tərkibdə istefa verib. Hökumət növbəti Baş nazir müəyyən edilənədək səlahiyyətlərini davam etdirəcək. 

Qanunvericiliyə əsasən ölkə parlamenti 2 həftə ərzində yeni Baş nazirə və hökumətin tərkibinə etimad göstərməlidir.

***

Gürcüstanın baş naziri Giorgi Qaxariya istefa verib.

Bizim.Media xəbər verir ki, bu haqda o, Nazirlər Kabinetinin xüsusi brifinqində bildirib.

“Mən vəzifəmdən ayrılmaq qərarı verdim. Əlbəttə ki, bu addımın ölkəmizin siyasi məkanında qütbləşmənin azaldılmasına kömək edəcəyinə inanıram".

"Əminəm ki, aramızdakı qütbləşmə və qarşıdurma ölkəmizin gələcək iqtisadi inkişafı üçün ən böyük riskdir" deyə o, qeyd edib.

Qeyd edək ki, Giorgi Qaxariya 13 noyabr 2017-ci ildən Gürcüstan Baş Nazirinin müavini, Gürcüstan Daxili İşlər Naziri, 2019-cu ilin may ayında Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib. 3 sentyabr 2019-cu ildən Baş nazir vəzifəsini yerinə yetirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO