
- A-
- A
- A+
Siyasət
00:09 / 15.02.2023
“Laçın yolundan Üçtərəfli Bəyanata zidd məqsədlər üçün istifadə edilir” – Ceyhun Bayramov
Hazırda oxunan: “Laçın yolundan Üçtərəfli Bəyanata zidd məqsədlər üçün istifadə edilir” – Ceyhun Bayramov
120489
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Laçın yolundan Üçtərəfli Bəyanatla nəzərdə tutulmayan təyinatdan kənar məqsədlər üçün istifadə edilir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşü zamanı bildirib.
Nazir, etirazçıların legitim tələblərinin hələ də yerinə yetirilmədiyini və Ermənistan tərəfinin bu vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə edərək, məsələni yanlış məcraya yönəltdiyini vurğulayıb.
Görüşdə həmçinin regional təhlükəsizlik və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































