“3-5 nazir dövlət demək deyil. Artıq Qarabağ məsələsi həll olunduğu üçün bu kimi məsələlərə əl atıblar”.
Bizim.Media-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.
MÖVZU İLƏ BAĞLI:
Deputat ''Azəriqaz''ın fəaliyyətini qınadı - Şikayətlər çoxdur
Deputat bildirib ki, bununla belə, bəzilərinin prezidentin fikirlərini təhrif edərək bütün məmurlara qarşı nifrət yaratmaq istəməsi doğru deyil:
“İndi informasiya məkanımızda tüğyan edən köhnələr və yenilər kimi bölgüləri ortaya atanların məqsədi süni qarşıdurmalara səbəb olmaqdır. Dövlət başçısının tənqidi siqnaldır. Amma bu, ilk dəfə deyil”.
Bizim.Media