"Qlobal əməkdaşlığı təşviq edən Avrasiyanın yeni xəritəsini yaradırıq" - Pərviz Şahbazov

Hazırda oxunan: "Qlobal əməkdaşlığı təşviq edən Avrasiyanın yeni xəritəsini yaradırıq" - Pərviz Şahbazov

11576

"Biz öz tərəfdaşlarımızla birgə yeni geoiqtisadi mühiti və dayanıqlı inkişafı, qlobal əməkdaşlığı təşviq edən Avrasiyanın yeni xəritəsini yaradırıq". 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında deyib.  

O, bildirib ki, TAP-ın istismara verilməsi Cənub Qaz Dəhlizi layihəsinin sonu deyil, əksinə, bu, yeni imkanların başlanması deməkdir:

“Biz öz tərəfdaşlarımızla birgə yeni geoiqtisadi mühiti və dayanıqlı inkişafı, qlobal əməkdaşlığı təşviq edən Avrasiyanın yeni xəritəsini yaradırıq.

Həmçinin qeyd edilməlidir ki, Azərbaycan enerji dəhlizinin fiziki təhlükəsizliyini artırmışdır və bu layihəyə hərbi hədələri aradan qaldırmışdır, öz ərazilərini Ermənistan Respublikasının 30 illik işğalından azad edərək ərazi bütövlüyünü bərpa etmişdir. 

İndi isə biz Cənub Qaz Dəhlizinin birinci fazasını başa çatdırdıqdan sonra növbəti faza üzərində düşünürük.

İkinci faza nəticəsində Azərbaycan qazının işlənilməyən yataqlardan hasilatı təmin ediləcəkdir və bu da artıq yeni təchizatçılar üçün yeni tranzit imkanları yaradacaq.

Əminəm ki, Məşvərət Şurasının bugünkü iclasında biz nəinki ümumi nailiyyətlərimizi qeyd edəcəyik, o cümlədən gələcək imkanlarla bağlı birgə müzakirələr aparacağıq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO