Türk hərbi-sənaye kompleksi öz silahlarını təkmilləşdirmək üçün Rusiyanın S-400 hava müdafiə sistemini kopyalamağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı mk.ru saytı yayıb.
MÖVZU İLƏ BAĞLI:
“ABŞ-ın Cənubi Qafqazda güvənə biləcəyi tək güc Türkiyədir”- Bəs Co Bayden nə istəyir?
Mənbə yazır ki, bu fikir Ankaraya Rusiyanın həmin silah üçün texnologiya təmin etməməsindən sonra gəlib.
Vaşinqton isə S-400 sistemlərinin alınmasına görə Türkiyəyə tətbiq olunan sanksiyaları ləğv etmək və bu ölkəni F-35 qırıcı proqramına qaytarmaq fikrindədir.
Türk mediasının yazdığına görə, respublika müstəqil olaraq Rusiyanın S-400 “Triumf” hava hücumundan müdafiə sistemlərini əsas götürərək öz hava müdafiə sistemlərini yaratmağı hədəf kimi götürüb.
Bundan əvvəl, Türkiyə Çin texnologiyalarını kopyalamağa çalışıb.
Pekin bu istəyə cavab olaraq Türkiyə ilə hərbi sahədə qarşılıqlı fəaliyyətin tamamilə dayandırıldığını elan edib.
Bizim.Media