XİN-dən 2022-ci ilin yekunlarına dair HESABAT  

XİN-dən 2022-ci ilin yekunlarına dair HESABAT  

Hazırda oxunan: XİN-dən 2022-ci ilin yekunlarına dair HESABAT  

112333

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi 2022-ci ilin yekunlarına dair məlumat yayıb. 

Bizim.Media xəbər verir ki, bu məlumat XİN-nin Mətbuat xidməti idarəsi tərəfindən yayılıb. 

Bildirilib ki, Azərbaycan Respublikası 2022-ci il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında müstəqil, açıq, praqmatik və milli maraqlara söykənən xarici siyasət kursunu uğurla həyata keçirib: 
"Beynəlxalq münasibətlər sistemində artmış gərginlik və bununla bağlı yaranmış çağırışlar fonunda xarici siyasətimiz beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq dövlətimizin milli maraqlarının təmin olunmasına, Azərbaycanın ərazi bütövlüyünün möhkəmləndirilməsinə, o cümlədən milli təhlükəsizlik və sosial-iqtisadi inkişaf üçün əlverişli xarici mühitin yaranmasına yönəlib. 

2022-ci il ərzində xarici dövlətlərlə ikitərəfli münasibətlərin daha da inkişafı istiqamətində əməli tədbirlər görülüb.  

Bununla yanaşı, Azərbaycan Respublikasının bir çox dövlətlər ilə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi qeyd edilib. Bu istiqamətdə, həm Azərbaycanda, həm də aidiyyəti ölkələrdə müxtəlif tədbirlər həyata keçirilib.  
Xarici İşlər Nazirliyində 19 ölkə ilə diplomatik əlaqələrin 30 illiyinə, 1 ölkə ilə isə diplomatik əlaqələrin 25 illiyinə həsr olunmuş tədbirlər təşkil olunub, foto və sənədlərin sərgiləri nümayiş etdirilib. Ümumilikdə, 69 ölkə ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyi, 2 ölkə ilə isə 25 illiyi qeyd olunub. Ötən illərdə olduğu kimi, bu il də Azərbaycan Respublikası üçün qonşuları ilə münasibətləri prioritet olaraq qalıb". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO