“Şagirdlər 8-ci sinifdən sonra məktəbə getmirlər” – Fəzail Ağamalı  

“Şagirdlər 8-ci sinifdən sonra məktəbə getmirlər” – Fəzail Ağamalı  

Hazırda oxunan: “Şagirdlər 8-ci sinifdən sonra məktəbə getmirlər” – Fəzail Ağamalı  

111887

“Təhsil haqqında saatlarla danışmaq olar, bu sahədə kifayət qədər problemlər mövcuddur”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Fəzail Ağamalı səsləndirib. 

“Yüksək səviyyəli təhsil yoxdursa, elm yoxdur, dövlətin idarə edilməsində problemlər olacaq. Təklif edirəm ki, təhsil haqqında qanun yenidən hazırlansın. Xatırlayıram ki, bu qanun uzun müddət müzakirə olunub, tənqid edilsə də 2009-cu ildə qəbul olundu.
Lakin qanunun qəbulundan sonra təhsil sahəsində inkişaf gözə dəymir. Repititorluq sistemi var ki, təhsil sistemini dağıdır. 8-ci sinifdən sonra uşaqlar məktəbə getmir, müəllimlərin yanında hazırlaşır”, - deyə deputat əlavə edib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO