Laçın yolunda aksiya keçirən azərbaycanlı fəallar Xankəndidən çıxan təcili tibbi yardım maşınlarına ərazidən keçmək üçün imkan yaradacaqlarını bildiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Sputnik Azərbaycan” Telegram kanalı yayıb.
Mənbə yazır ki, ekofəallar yalnız dinc aksiya keçirdiklərini və Azərbaycan mütəxəssislərinin razılaşdırılmış yataqlarda monitorinqlər keçirilməsinə şəraitin yaradılmamasına etiraz etdiklərini qeyd ediblər.
MÖVZU İLƏ BAĞLI:
Laçın yolunu sülhməramlılar bağlayıb – Daha bir erməni yalanı üzə çıxdı - VİDEO
“Bəzi erməni kanalları Xankəndidə xəstəxanaya yerləşdirilməıli olan bir neçə insanın olduğu barədə xəbər verib. Biz onlara bu imkanı yaratmağa hazırıq”, - deyə aksiyada iştirak edən fəallardan biri Dilarə Əfəndiyeva açıqlama verib.
Daha öncə erməni Telegram kanalları beş xəstənin təcili olaraq İrəvana çatdırılmalı olduğu barədə məlumat yayıb.
Bizim.Media