
- A-
- A
- A+
“Ermənistanla Azərbaycan arasındakı proses sağlam şəkildə davam etməlidir” – Türkiyə Prezidentinin sözçüsü
“Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması üçün zəmin yaradılmalıdır, Türkiyə də bunu istəyir”.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “A-Haber” kanalına müsahibəsində bildirib.
MÖVZU İLƏ BAĞLI:
“İrəvan Azərbaycan-Ermənistan rəhbərlərinin görüşünü təşkil etməyə hazırdır” - Mirzoyan
Prezidentin sözçüsü həmçinin, Ermənistanla Azərbaycan arasındakı prosesin sağlam şəkildə davam etməli olduğunu bildirib:
“Hal-hazırda hər iki ölkə arasında normallaşma presesi gedir. 30 ildir qurulmayan əlaqələr quruldu, Qarabağ məsələsi həll olundu. Odur ki, hal-hazırda təkrar müzakirələr başlayıb, ümid edirik ki, bu danışıqlar müsbət nəticələr verəcək”.
Kalın Türkiyə ilə Ermənistan arasında quru sərhədinin açılması ilə bağlı sualı da cavablandırıb:
“Texniki işlər demək olar ki, həll olunub, lazımi vaxtda bu istiqamətdə addımlar atılacaq”.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































