“Maksim Şevçenko və İqor Korotçenko Sankt-Peterburqlu deputat Vitali Milonova kifayət qədər sanballı cavab verib. Təəssüf ki, Rusiyada bu cür işləyən siyasilər də var. Bunlar öz ağılları ilə yox, daha çox erməni pulu ilə hərəkət edən adamlardır”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı dilə gətirdi.
Onun fikrincə, azərbaycanlılara qarşı təhqirə yol verən Vitali Milonov kimi deputatlar erməni lobbisinin təsirindədir.
MÖVZU İLƏ BAĞLI:
Rusiyalı deputat azərbaycanlıları təhqir etdi – Şevçenkodan VİDEO FAKT
“Qafqazı pis bilən, buradakı ölkələrin tarixi haqqında heç bir məlumatı olmayan adamlardır. Hətta informasiyası olsa belə bilərəkdən tarixi saxtalaşdırmaqla ermənilərə xidmət göstərirlər. Ona görə də, belə faktlar bizi təəccübləndirmir. Sadəcə olaraq, bunlara vaxtlı-vaxtında cavab vermək lazımdır".
"Rusiyada kifayət qədər güclü dərnəklərimiz, diaspor təşkilatlarımız var. Onlar gərək belə məsələlərə cavab versinlər”.
Sabir Rüstəmxanlı həmçinin əlavə etdi ki, 1992-ci ildə də Rusiyadakı erməni mətbuatında Azərbaycan tarixini təhrif edən çoxsaylı yazılar dərc olunub. Bunların arasında 1905-1907-ci il hadisələrini ermənilərin xeyrinə yanlış təsvir edən məqalələri də göstərmək olar:
“İllər keçib, amma bunlara bir nəfər cavab verməyib. Moskvada oxuyurlar, bu yalanlar da rus dilində yazılıb. Rus məktəblərini qurtaranlarımız, Rusiyada yaşayanlarımız rus mətbuatını niyə izləmir? Belə şeylərə birinci cavabı onlar verməlidirlər”.
Millət vəkili bildirdi ki, belə nüansları cavabsız qoymaq olmaz.
Anar Rəhimov, Bizim.Media