“İnsanları daimi qorxu altında yaşadacaqlar” – Həkimdən sərt açıqlama

Hazırda oxunan: “İnsanları daimi qorxu altında yaşadacaqlar” – Həkimdən sərt açıqlama

9648

“Qanın laxtalanması onkoloji xəstəliklərə işarədir fikri tamamilə yalnışdır”.

Bunu Bizim.Media-ya açıqlamasında həkim-terapevt Rasif Bağırov söyləyib.

Onun sözlərinə görə, qanın laxtalanması üçün orqanizmdə bizə bəlli olan 15 fakt var, o laxtalanma trombositlərə təsir edir:

“Bu faktorlar qanın laxtalanması prosesini sürətləndirir. Koronavirusla bağlı kimdəsə laxtalanma prosesi gedir və bunun xərçənglə əlaqələndirilməsi səhv fikirdir”. 

Həkim-terapevt  söyləyir ki, koronavirusla bağlı laxtalanma ona görə olur ki, qanın tərkibində olan trombositlər ciddi şəkildə bir yerə toplanır, nəticədə trombun əmələ gəlməsinə səbəb olur:

“Bütün dünya alimləri bilir ki, ancaq trombositlərə təsir edən dərman preparatları kardio-maqneziumdan ona görə istifadə olunur ki, o, bilavasitə trombositlərə  təsir edir. “Koronavirus xəstələri nə vaxtsa xərçəngə tutulacaq” deməklə əslində insanları psixoloji olaraq sarsıtmaq istəyirlər. Bu fikirlərlə insanları daimi olaraq qorxu altında yaşadacaqlar”.

Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirdilər ki, qan laxtalanmasının pozğunluğu bir çox xəstəliklərə səbəb ola bilər: 
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycanda vaksinasiya çox ləng gedir” - Həkimdən səhiyyəyə ETİRAZ


“Məsələn, qara ciyər çatışmazlığını buna nümunə çəkə bilərik. Koronavirusdan ölənlərin də çoxu məhz qan laxtalanmasından vəfat edib. Bunun xərçənglə əlaqəsi yoxdur”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO