"Yumşalmalara getdiyimiz məntiqli və doğrudur” - Həkimdən açıqlama

Hazırda oxunan: "Yumşalmalara getdiyimiz məntiqli və doğrudur” - Həkimdən açıqlama

9600

“Peyvəndləməni çatdırmasaq, koronavirusun üçüncü dalğası gələcək".

Bunu Bizim.Media-ya açıqlamasında tanınmış uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl bu gündən Azərbaycanda karantin qaydalarının yumşaldılması məsələsinə şərh verərkən deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bu adamlara peyvənd vurmaq olmaz – Professor detalları açıqladı


Onun sözlərinə görə, vaksinasiya prosesi sürətlənsə, xəstəlikdən yavaş-yavaş qurtulacağıq:

“İnsanlar maska taxmaqda və sosial məsafə saxlamaqda davam etsələr, yoluxma tempi aşağı düşəcək. Əksi olarsa, əvvəlki aylara qayıdacağıq. Fakt onu göstərdi ki, epidemioloji durumu bərbərxana və gözəllik salonları korlamadı. İnsanların davranış qaydalarına riayət etmələri bu məsələdə çox önəmlidir. Yumşalmalara getdiyimiz məntiqli və doğrudur”.

Qeyd edək ki, Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə məhdudiyyətlərin daha bir qismi bu gündən yumşaldılıb.

Belə ki, ölkə ərazisində ticarət obyektlərinin (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla), bərbərxanaların, gözəllik salonlarının və kosmetik xidmətlərin, muzey və sərgi zallarının fəaliyyətinə, eləcə də şəhərlərarası və rayonlararası hərəkətə icazə verilib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO