Meymunçiçəyinə yoluxanların sayı 10 MİNƏ ÇATDI

Meymunçiçəyinə yoluxanların sayı 10 MİNƏ ÇATDI

Hazırda oxunan: Meymunçiçəyinə yoluxanların sayı 10 MİNƏ ÇATDI

83455

Meymunçiçəyi virusunun yoluxma sayı 10 minə yaxınlaşıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlama yayıb.

ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus jurnalistlərə bildirib ki, virusun endemik və qeyri-endemik olduğu 63 ölkədə 9200 yoluxma təsdiqlənib.

O, təşkilatın meymunçiçəyinə qarşı peyvəndlərin hazırlanması və yayılması ilə bağlı müvafiq ölkələrlə danışıqlara başladığını da vurğulayıb:

“ÜST olaraq epidemiya ilə bağlı əlavə araşdırmalar üçün müxtəlif ölkələr və mütəxəssislərlə danışıqlarımızı davam etdiririk”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO