Bu xəstəlikləri olanlar PENDİR YEMƏMƏLİDİR

Hazırda oxunan: Bu xəstəlikləri olanlar PENDİR YEMƏMƏLİDİR

73281

Miqren, böyrək və hipertoniya xəstəlikləri olan şəxslərin pendir yeməsi tövsiyə olunmur. 

Bizim.Media xəbər verir ki, pendirdən mütəmadi istifadə qan təzyiqinin səviyyəsinə pis təsir edə bilər.

Böyrək xəstəliyi olan insanlar xüsusilə pendiri az yeməlidirlər. Çünki pendirin tərkibində çoxlu duz komponentləri var. Bu da sidik ifrazının pozulmasına gətirib çıxarır.

Ümumiyyətlə, heç bir allergiyası və ya xəstəliyi olmayan insanların da hər gün pendir yeməsi məsləhət deyil.

Qeyd edək ki, südün keyfiyyətindən asılı olaraq, pendirin tərkibində 25 faizə qədər zülal, 60 faizə qədər yağ və 3,5 faizə qədər karbohidrat var. 100 qram pendirin enerji dəyəri 200–400 kkal arasında dəyişir. Südün mənşəyi və tərkibindən asılı olaraq (qoyun, keçi, inək südü və s.), müxtəlif növ – bərk, yarımbərk, yumşaq, toz, krem və s. pendir məhsulu hazırlana bilər.(Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO