İftar süfrəsi üçün dadlı souslu balıq yeməyi RESEPTİ

Hazırda oxunan: İftar süfrəsi üçün dadlı souslu balıq yeməyi RESEPTİ

71090

Bu gün Ramazan ayının 22-ci günüdür.

Bizim.Media iftar süfrəsi üçün souslu balıq yeməyinin hazırlanmasını təqdim edir:

Ərzaq:

Balıq əti - 1 kq

Sirkə - ½ stəkan

Sarımsaq - 5 - 6 diş

Bir limonun şirəsi

Duz zövqə görə

Sous üçün:

Doğranmış soğan - 200 qr.

Doğranmış pomidor - 200 qr.

Xırda doğranmış göyərti - 2 dəstə

Zeytun yağı - ½ stəkan

Sirkə - ½ stəkan

Duz zövqə görə

Hazırlanması:

Balığı xırda doğrayıb, sirkə, sarımsaq, limon suyu və duz töküb qarışdırın. Sousun da bütün ərzaqlarını qarışdırın. Hər iki qarışığı soyuducuda 4 saat saxlayın.

Sonra qaba bir lay balıq düzüb, bir lay sous düzün. Üzərinə su əlavə edib, vam odda bişirin. Süfrəyə verərkən üzərinə yenə sous əlavə edin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO