Azərbaycanda daha 21 nəfər koronavirusa yoluxdu - ÖLƏN OLMAYIB

Hazırda oxunan: Azərbaycanda daha 21 nəfər koronavirusa yoluxdu - ÖLƏN OLMAYIB

68920

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, koronavirusdan ölüm halı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 237 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 332 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. 202 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 453, bu günə qədər isə ümumilikdə 6 743 461 test icra olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO