Ağciyər xərçənginin gözlənilməz simptomları açıqlandı

Ağciyər xərçənginin gözlənilməz simptomları açıqlandı

Hazırda oxunan: Ağciyər xərçənginin gözlənilməz simptomları açıqlandı

6838

Qoltuq altındakı yumru və ya şişkinlik ağciyər xərçəngini göstərə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “Cancer Research UK” təşkilatı məlumat yayıb.

Təşkilatın araşdırmasına görə, xüsusilə qoltuqaltı və ya boyundakı bu cür təzahürlər xəstəliyin limfa düyünlərinə təsir etdiyinə işarə ola  bilər.

Eyni zamanda, limfa düyünlərinin infeksion xəstəliklər fonunda da böyüyə biləcəyi bildirilib.

"Həkiminiz sizi müayinə etməyincə və bəzi testlər aparana qədər şişin əmələ gəlmə səbəbindən əmin ola bilməzsiniz", - deyə təşkilat xəbərdarlıq edib.

Ağciyər xərçənginə daha az rast gəlinən simptomlar arasında barmaqdakı son falanqaların qalınlaşması, udma çətinliyi və ya yutarkən ağrı, səsin azlığı, üz və ya boyun şişməsi, davamlı sinə və ya çiyin ağrısı da var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO