“Omikron”dan bir həftədə 53 ÖLÜM – “İnsanlar arxayınlaşmasınlar” – Rəsmi XƏBƏRDARLIQ

Hazırda oxunan: “Omikron”dan bir həftədə 53 ÖLÜM – “İnsanlar arxayınlaşmasınlar” – Rəsmi XƏBƏRDARLIQ

57369

Azərbaycanda koronavirusun “Omikron” ştamı sürətlə yayılmağa başlayıb.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bu həftə ərzində 8 114 nəfər koronavirusa yoluxub, onlardan 53-ü dünyasını dəyişib.

Mərkəzin baş infeksionisti Fərrux Sədirov mövcud durumla bağlı ictimaiyyətə müraciət edərək bildirir ki, bəzi insanlarda arxayınlıq yaranıb və bu çox təhlükəlidir:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda son günlərdə yoluxanların 90 faizində “Omikron” aşkarlanıb


“İki doza peyvənd olunanlar arxayınlaşmasınlar, çünki peyvənddən 5 ay sonra immunitet zəifləməyə və virusu unutmağa başlayır. “Buster” (üçüncü) dozaya isə həm gücləndirici, həm də xatırlatma dozası deyə bilərik. Çünki “buster” doza qəbul olunanda bədən virusu xatırlayır və ona qarşı dayanıqlı hala gəlir”.

Baş infeksionist əlavə edib ki, aparılan tədqiqatların nəticələrinə görə, “Omicron”a qarşı iki doza vaksin 25 faiz qoruma yarada bilirsə, üçüncü dozadan sonra bu rəqəm 70 %-in üzərinə çıxır:

“Omikron”dan qorunmanın əsas çıxış yolu peyvəndlənmə olaraq qalır. “Buster” dozanı qəbul etmək və əsas qaydalara əməl etməklə həm özünüzü, həm də ailənizi qoruya bilərsiniz”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO