Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı AÇIQLANDI

55031

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 645 yeni yoluxma faktı qeydə alınıb, 577 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 622881 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 606888 nəfər müalicə olunaraq sağalıb, 8480 nəfər vəfat edib, aktiv xəstə sayı 7513 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10746, ötən müddət ərzində isə ümumilikdə 5968349 test aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO