Uşaqlar və böyüklər arasında yayılan influenziya ilə bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Uşaqlar və böyüklər arasında yayılan influenziya ilə bağlı RƏSMİ AÇIQLAMA 

54654

“Həm uşaqlar, həm böyüklər arasında ötən ilin sonunda yayılan infeksiyalar daha çox bakterial ağırlaşmalar verib, pnevmoniyaya keçirdi”.

Bizim.Media xəbər verir ki, bunu pediatr-reanimatoloq Qoşqar İsmayılov deyib.

O qeyd edib ki, yanvarın 3-dən sonra yayılan infeksiyalar isə influenzalardır.

"Bunlar daha çox virus infeksiyası olduğu üçün qrip formasında özünü göstərir. Əsasən boğaz ağırısı, yüksək hərarət, halsızlıq, kürəkdə və ayaqlarda əzələ ağrıları şəklində özünü göstərir. Bəzən 3-4 gün ərzində hərarət 39-40 dərəcəyə yüksəlir və bu interval qısa olur. Hərarət salıcıların qəbul edilməsinə baxmayaraq, yüksək hərarət bəzən yarım gün, bir gün davam edir", - deyə o bildirib.Q.İsmayılov bildirib ki, bu virusa yoluxan zaman mütləq şəkildə həkimə müraciət olunmalı və müayinə edilməldir.

"Əgər mümkündürsə, ev şəraitində ambulator müacilə alınmalıdır. Vəziyyət ağırdırsa, hospitalizasiya olunaraq stansionar qaydada müalicə davam etdirilməlidir.

Evdə müalicə alan uşaqlar tam sağalmadan məktəbə və ya bağçaya göndərilməməlidir. Xəstəlik ailədə böyüklərə də keçdiyi üçün ailəvi olaraq müalicə alınması daha uyğundur. Təbii ki, burada eyni zamanda düzgün qidalanma, dərman preparatlarının, vitaminlərin qəbulu vacibdir", - deyə o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO