Koronavirus insan orqanizmində 7 ay qala bilər - ARAŞDIRMA

Koronavirus insan orqanizmində 7 ay qala bilər - ARAŞDIRMA

Hazırda oxunan: Koronavirus insan orqanizmində 7 ay qala bilər - ARAŞDIRMA

52598

Koronavirus bədənin əksər orqanlarına, xüsusən də ürəyə və beyinə daxil olur və orada yeddi aydan çox qala bilir.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Milli Səhiyyə İnstitutunun (NIH) alimlərinin araşdırmalarının nəticələrində bildirilir.

Məlumata əsasən, mütəxəssislər COVID-19-dan ölən 44 şəxsin cəsədindən nümunələri təhlil ediblər və "simptomların özünü göstərməyə başlayandan 230 günə qədər beynin bütün bölgələri də daxil olmaqla bir çox anatomik yerlərdə davamlı SARS-CoV-2 RNT" tapıblar.

Alimlərin fikrinə görə, koronavirus bədənin demək olar ki, bütün orqanlarında aşkar edilib və hətta yüngül simptomları olan xəstələrdə də geniş yayılıb. Eyni zamanda, tənəffüs yollarından kənarda ciddi iltihab müəyyən edilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO