Koronavirusa yoluxmuş şəxslərə ŞAD XƏBƏR - Həkimdən AÇIQLAMA

Hazırda oxunan: Koronavirusa yoluxmuş şəxslərə ŞAD XƏBƏR - Həkimdən AÇIQLAMA

47546

Dünya artıq koronavirus xəstəliyinin öhdəsindən gəlməyə çalışır.

Əksəriyyət üçün bu xəstəlik yüngül keçir, lakin bəzi insanlar üçün eyni hal baş vermir. Xəstəlikdən zərər çəkənlər virusa yoluxub sağaldıqdan sonra səhhətində bir neçə problemin yarandığını deyir. Həmçinin virusdan sonra səhhətinin yaxşılığa doğru irəlilədiyini deyənlər də az deyil.

Həkim-terapevt Rasif Bağırov Bizim.Media-ya açıqlamasında virusa yoluxan şəxslərə sevindirici xəbər verdi:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bu xəstəxanalarda müalicə PULSUZ OLDU - SİYAHI


“Koronavirusa yoluxub sağalan şəxslərin səhhətində ciddi şəkildə mənfiyə doğru dəyişikliklər müşahidə olunmur. Əksinə, əgər edilən müalicə düzgün şəkildə aparılıbsa, xəstənin özündə olan digər xəstəliklərə də faydalıdır. Demək olar ki, virusa yoluxub sağalanlarda əks göstərişlər müşahidə olunmayıb. Sadəcə bir müddətlik iybilmə və dadbilmə problemləri yaşaya bilərlər. Bu da tədricən bərpa olunandır”.

Həkim sadəcə şəkərli diabetdən və hipertoniyadan əziyyət çəkən şəxslərə diqqətli olmalarını bildirdi:

“Şəkərli diabetdən və təzyiqdən əziyyət çəkən şəxslər xəstəliyi daha ağır keçirirlər. Lakin müalicə düzgün aparıldığı təqdirdə, koronavirus onların da səhhətində qalıcı problemlər yaratmır”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO