Qidalarla bağlı bu səhvləri etməyin - DİQQƏT!

Hazırda oxunan: Qidalarla bağlı bu səhvləri etməyin - DİQQƏT!

47207

Düzgün qidalanma sağlamlığın ən əsas şərtlərindən biridir. Bir çox xəstəliklərin yaranmasına səbəb düzgün qidalanmamaq nəticəsində orqanizmdəki maddələr mübadiləsinin pozulmasıdır.

Orqanizmə lazım olan vitamin və mineralların çoxu qidalardan, meyvə və tərəvəzlərdən əldə olunur. Bəs, meyvə-tərəvəzlərin qida dəyərini qorumaq üçün nələrə fikir verməliyik?

Bizim.Media qidaların dəyərini aşağı salan bir neçə xətalı məqamları təqdim edir:

1. Meyvə-tərəvəzlərin qabığını soymaq

Bir çox vitaminlər meyvə və tərəvəzlərin qabıqlarında, ya da altında toplanır. Buna görə də qabıqların soysanız belə çox nazik şəkildə etmək lazımdır. Ancaq qabığı soymayanda isə onları suda fırça ilə yaxşı yumaq lazımdır.

2. Meyvə və tərəvəzləri çox suda saxlamaq

Göyərtiləri, o cümlədən meyvə və tərəvəzləri uzun vaxt suda saxlamaq olmaz. Bu zaman onların tərkibindəki vitaminlər suda həll olaraq, qida dəyərləri aşağı düşür.

3. Yumurtanı çox qaynatmaq

Yüksək qida dəyəri olan yumurtanı çox qaynatmaq olmaz. Yumurtanın sarısında qaynadıldıqda  yaşıl hissə yaranır. Həmin hissənin yaranacaq həddə qaynatmaq olmaz. Bu proses tərkibindəki dəmirdən faydalanmağa icazə vermir. Bunu da qeyd etmək lazımdır ki, yumurtanı çiy də yemək olmaz. Ən yaxşısı onu 4-7 dəqiqə qaynatmaq məsləhətdir.

4. Meyvə və tərəvəzləri çox incə doğramayın

Meyvə-tərəvəzləri nə qədər incə doğrasanız, tərkibindəki mineral və vitaminlər o qədər çox qalacaq. Meyvə və tərəvəzləri kəsən kimi yemək, ya da sərin yerdə, qapalı qabda saxlamaq lazımdır.

5. Meyvə-tərəvəzlərin suyunu çəkib saxlamaq

Çox vaxt meyvə və tərəvəzlərin suyunu sıxıb saxlayırlar. Ancaq bu doğru deyil. Onu dərhal istifadə etmək lazımdır. Saxlamaq isə qəti olmaz. Bu zaman oksigen və işıqla təmasda olaraq vitamini itirir.

6. Tərəvəzləri ağzı bağlı torbalarda saxlamaq

Tərəvəzlər nəfəs almalıdırlar. Plastik torbalarda saxlamaq məsləhət deyil. Saxlasanız belə torbaya deşiklər açmalısınız. Bu tərəvəzlərin hamısını bir yerdə saxlamaq onların tez bir zamanda xarab olmasına gətirib çıxarır. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO