Təzyiqi salmağa yardım edən ən yaxşı içki

Hazırda oxunan: Təzyiqi salmağa yardım edən ən yaxşı içki

46004

Qərbi Avstraliya Universitetinin alimləri hipertoniyanın öhdəsindən gəlməyə kömək edən içkinin adının çay olduğunu açıqlayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə “American Journal of Clinical Nutrition” jurnalında dərc olunan məqalədə deyilir.

Tədqiqatçılar bu içkinin yüksək qan təzyiqi olan kişi və qadınlara təsirini araşdırıblar.

Təcrübə iştirakçıları üç stəkan qara çay və tərkibində kofein olan, lakin flavonoidlər (təbii rənglər) olmayan başqa içki içiblər.

Məlum olub ki, qara çay ikinci içki ilə müqayisədə yuxarı və aşağı təzyiqə daha çox təsir edir. İçkinin təsiri təcrübənin ilk günündə ortaya çıxdı.

“Tədqiqatın nəticələri göstərir ki, qara çayın tərkibində kofeindən başqa bir komponent də gecə saatlarında qan təzyiqinin dəyişmə sürətinə təsir göstərə bilər”, - avstraliyalı alimlər yazıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO