Azərbaycanda quş qripi TƏHLÜKƏSİ? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda quş qripi TƏHLÜKƏSİ? – RƏSMİ AÇIQLAMA

44687

Koronavirus pandemiyası ilə yanaşı dünyanın müxtəlif ölkələrində quş qripi də yayılır. 

Çində müvafiq komissiyasının hesabatına görə, fevralda 61, martda 47, apreldə 24 nəfər H7N9 virusu səbəbi ilə həyatını itirib. 

Yuli şəhərində 20 minə qədər quş, virüsa görə tələf edilib. 
 

Həmçinin bir qədər Şimal qonşumuz olan Rusiyanın bəzi vilayətlərində də quş qripinin aşkarlanması haqda xəbərlər yayılmışdı. Bu səbəbdən həmin vilayətlərdən Azərbaycana quş ətinin idxalı dayandırılmışdı. 


Dünən isə Niderland Krallığının Flevoland əyalətində quş qripi xəstəliyi qeydə alındığından bu əyalətdən quş əti, eləcə də yumurtanın idxalı qadağan edilib.

Azərbaycanda necə, quş qripi varmı?

Bizim.Media bununla bağlı Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanlayıb.

Qurumun İnformasiya təminatı və innovativ həllər şöbəsindən sorğuya cavab olaraq bildirilib ki, başqa ölkələrdən respublikamıza keçə biləcək yoluxucu heyvan xəstəliklərdən qorunmaq üçün Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatları əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir: 
 

“2021-ci ilin yanvar-sentyabr ayları ərzində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının təlimatlarına əsasən, ayrı-ayrı vaxtlarda 52 ölkədən epizootik risk daşıyan quşçuluq məhsullarına məhdudiyyət tətbiq edilib. Sərhəd keçid məntəqələrində nəqliyyat vasitələrinin dezinfeksiya edilməsi üçün aidiyyəti üzrə müraciətlər olunub”.


Cavabda bildirilib ki, 2020-ci ilin payız və 2021-ci ilin yaz mövsümlərində epizootoloji monitorinqlər keçirilib: 

“Monitorinqlər çərçivəsində çöl quşlarından 247 patoloji material, ev quşlarından 3229 qan nümunəsi götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında analizlərə cəlb edilib. Aparılan araşdırmalar nəticəsində  ölkəmizdə yüksək patogen quş qripi xəstəliyinin törədicisinə rast gəlinməyib”.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO