Virusa yoluxanlar xəstəxanada müalicədən niyə YAYINIR? – TƏBİB-dən ÇAĞIRIŞ

Hazırda oxunan: Virusa yoluxanlar xəstəxanada müalicədən niyə YAYINIR? – TƏBİB-dən ÇAĞIRIŞ

44303

Azərbaycanda epidemioloji durum hazırki statistikaya görə sabit olsa da, aktiv xəstə və gündəlik ölüm sayının çoxluğu vəziyyətin hələ də ciddi olduğundan xəbər verir. 

Müşahidələr göstərir ki, son vaxtlar koronavirusa yoluxan şəxslər daha çox evdə müalicəyə üstünlük verirlər. Xəstəxanadan və həkimdən yayınan bu şəxslər izolyasiya olunmur, karantin davranışlarına belə əməl etmirlər.

Yoluxan şəxslərin çoxu sağalmaq üçün ailə həkimlərinin təyinatı üzrə müalicə alır, yaxud simptomları yüngülləşdirən tədbirlər görürlər.

İzolyasiya şəraitindən kənar müalicə isə bəzən effekt vermir. Üstəlik ictimaiyyət arasında sərbəst dolaşan koronaviruslu xəstələr yaxınlaşdıqları hər kəsi rahatlıqla yoluxdurur. Bu isə acı nəticələrini daha çox yanaşı xəstəliyi olan şəxslərdə göstərir. 

Maraqlıdır, hökumət bu məsələdə tibbi nəzarəti necə gücləndirməlidir?

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Elnarə Baxış Bizim.Media-ya açıqlamasında Nazirlər Kabineti tərəfindən mübarizə tədbirlərinə dair bir neçə qərar verdiklərini xatırladıb:
 

“Evdə müalicə, stasionar müalicə, testlərin götürülməsi, müəssisələrə buraxılış, gigiyena qaydalarına riayyət, maskanın istifadəsi və s kimi məsələlər barədə Nazirlər Kabinetinin müvafiq qərarları var. Biz də respirator xəstəliklərdən qorunma tədbirlərinə dair qaydalara uyğun hərəkət edirik. Vətəndaşları da buna çağırırıq”, - deyə TƏBİB rəsmisi bildirib. 


Tibb elmləri doktoru, professor Adil Qeybulla hesab edir ki, insanlar artıq koronavirusla barışıb:

“İstər karantin qaydaları və davranışlarının gözlənilməsində, istər də müalicə məsələsində vəziyyətlə barışıblar. Fövqaladə Hallar Nazirliyinin xəstəxanasında və “Yeni Klinika”da baş verən ölümlər insanları xeyli qorxuya saldı. Amma bir məqamı nəzərə almaq lazımdır ki, xəstəliyin müəyyən fazasında artıq stasionar müalicə önəm kəsb edir.

Xüsusilə saturasiyanın aşağı olduğu, bakterial infeksiyanın qoşulduğu durumlarda, ağciyər ağırlaşmalarının ciddi olduğu hallarda, eləcə də yanaşı xəstəliyi olanlarda stasionar müalicə daha məqsədəuyğundur. Həmişə orada bədənə oksigen yeridilməsi mümkündür. Amma ambulator şəraitdə bunlar olmadığına görə burada daha çox yüngül xəstəlik müalicə olunmalıdır”.

Professorun sözlərinə görə işin təşkilində də qüsurlar var:

“İnsanların xəstəxanalardan yayınması və evdə müalicəyə üstünlük vermləri də bu qüsurlarla əlaqəlidir. Operativ Qərargah bu məsələləri nzərə alıb lazımi tədbirlər görməlidir. İşin təşkilatı tərəfi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının konkret tövsiyələri var. Həmin tövsiyələr də nizama salınmalıdır”.  

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO