Dünyada koronavirusa yoluxanların sayı 244 milyonu keçdi

Hazırda oxunan: Dünyada koronavirusa yoluxanların sayı 244 milyonu keçdi

42960

Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı artmaqda davam edir.

Bizim.Media “Worldometers” portalına istinadən xəbər verir ki, dünyada son sutkada koronavirus (COVID-19) infeksiyasına 371 424 yeni yoluxma faktı qeydə alınıb, analiz nümunələri müsbət çıxan 5 849 nəfər vəfat edib.

İndiyədək dünyada ümumilikdə 244 085 964 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib

Qeyd edilir ki, dünyada koronavirusdan ölənlərin ümumi sayı 4 958 907 nəfərə çatıb. Virusa yoluxan 221 152 718 pasiyentin isə həyatını xilas etmək olub.

Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Hindistan, Braziliya və Böyük Britaniya qərarlaşıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO