Peyvənd vurduranlarda ürək xəstəliyi yaranır? – Gənclərə XƏBƏRDARLIQ edildi

Hazırda oxunan: Peyvənd vurduranlarda ürək xəstəliyi yaranır? – Gənclərə XƏBƏRDARLIQ edildi

42513

Koronavirusa yoluxduqdan sonra ürək əzələsində iltihab ehtimalı 16 dəfə artır və çox xəstələrdə bu baş verir.

Bizim.Media xəbər verir ki, alman tibb jurnalında bu barədə alimlərin yeni araşdırması dərc olunub. 

Araşdırma zamanı 1,5 milyon koronavirusa yoluxmuş və 35 milyon yoluxmamış insanın xəstəlik tarixçələri araşdırılıb.

Nəticələr göstərib ki, 18 yaşa qədər koronavirusa yoluxmuş insanlarda miokardit riski heç yoluxmamış insanlara nisbətən 36 dəfə yüksəkdir.

Qeyd edək ki, bir müddət öncə miokardit və ona bağlı perikardit – ürəyin və ətrafının iltihabı əvvəllər “Pfizer” peyvəndi ilə də əlaqələndirilirdi.

Lakin araşdırma sübut edib ki, real olaraq virusa yoluxanlarda bu təhlükə qat-qat çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO