Mərkəzi Qan Bankı: “COVİD-19 xəstələrinə donor olun, həyat xilas edin”

Hazırda oxunan: Mərkəzi Qan Bankı: “COVİD-19 xəstələrinə donor olun, həyat xilas edin”

4023

Ölkədə koronavirusa yoluxanların sayındakı artım ağır xəstələrin çoxalmasına da zəmin yaradıb. Xeyli sayda ağır xəstələr var ki, onların həyatı COVİD-19-a yoluxub sağalmış insanlardan asılıdır. 

Bu məqsədlə Mərkəzi Qan Bankı Bizim.Media vasitəsilə donor olmaq istəyən vətəndaşlara müraciət edərək immun plazma verməyə çağırış edib:

“Süni təffüs cihazına qoşulan, vəziyyəti ağır olan xeyli koronavirus xəstəsi var. Bu xəstələr üçün Konvalesent İmmun Plazma müalicəsi çox effektivdir. Yaşı 18-60 arasında olan, koronavirus xəstəliyindən sağalan vətəndaşlarımıza səslənirik. Ağır koronavirus xəstələri üçün ümid ola bilərsiniz. Qan (plazma) donoru olun həyat xilas edin. İnsanlıq qazanacaq!”

Mərkəzi Qan Bankından bildirilib ki, indiyədək bu məqsədlə 180 nəfər müraciət edib. Onlardan 100 nəfərin donorluğa uyğunluğu müəyyən olunaraq 238 xəstəyə immun plazması köçürülüb.

Nəzərə alsaq ki, bir donor 2 xəstəyə plazma vermək qabiliyyətinə malikdir, deməli hər birimiz iki insanın həyatını xilas edə bilərik.

Mərkəzi Qan Bankı
Feyzulla Qasımzadə küçəsi 65
Tel: 907
012 440 65 86
012 440 78 50
012 441 66 52

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO