Dünyada COVID-19-a yoluxmuş xəstələrin sayı 62 milyonu ötüb

Hazırda oxunan: Dünyada COVID-19-a yoluxmuş xəstələrin sayı 62 milyonu ötüb

3792

Bizim Media xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Cons Hopkins Universiteti yayıb.

Məlumata görə, dünyası əhalisinin ümumilikdə 62.094.127 nəfəri bu virusa yoluxub.

Ən çox yoluxma halları ABŞ-da (13,2 milyon) qeydə alınıb. İkinci yerdə 9,5 milyon yoluxma ilə Hindistan, üçüncü yerdə 6,2 milyon insanda infeksiyanın aşkarlandığı Braziliya durur. İlk beşliyi Fransa (2,26 milyon) və Rusiya (2,24 milyon) tamamlayır.

Universitetin hesabatında qeyd olunur ki, pandemiyanın başlanğıcından bəri dünyada 1,4 milyon insan koronavirus infeksiyasından ölüb.

ABŞ ölüm sayında da lider olaraq qalır, burada 266 min nəfər koronavirusun qurbanına çevrilib. Daha sonra Braziliya (171,9 min), Hindistan (136,2 min), Meksika (104,2 min) və Britaniya (58,1 min) gəlir.

Bizim Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO