Dünyada son sutkada koronavirusdan ölənlərin sayı 9 mini keçdi

Hazırda oxunan: Dünyada son sutkada koronavirusdan ölənlərin sayı 9 mini keçdi

3708

"Dünyada koronavirusa yoluxanların sayı 60.534.526-ya, ölənlərin sayı isə 1.426.101-ə yüksəlib. Son sutkada 441.157 yoluxma, 9310 ölüm hadisəsi qeydə alınıb". 

Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu gün yaydığı hesabatında bildirilib. 

Qeyd edilib ki, infeksiyaya yoluxma hadisələrinin 55 faizdən çoxu Avropada (243.912) baş verib. Şimali və Cənubi Amerikada 92.802, Cənub-Şərqi Asiyada isə 54.160 yoluxma müşahidə edilib. 

Ölkələr üzrə isə ən çox yoluxma hadisələri ABŞ-da (12.441.925) Hindistanda (9.309.787), Braziliyada (6.166.606), Rusiyada (2.215.533), Fransada (2.144.917), İspaniyada (1.617.355), Böyük Britaniyada (1.574.566), İtaliyada (1.509.875), Argentinada (1.390.388), Kolumbiyada (1.270.991), Meksika (1.070.487) və Almaniyada (1.006.394) qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO