Uşaqlar arasında “Delta” YAYILIB - Azərbaycanlı həkimdən SOS

Uşaqlar arasında “Delta” YAYILIB - Azərbaycanlı həkimdən SOS

Hazırda oxunan: Uşaqlar arasında “Delta” YAYILIB - Azərbaycanlı həkimdən SOS

35774

“Uşaqlar arasında koronavirusun “Delta” ştammı yayılıb. Bunu inkar etmək olmaz”. 

Bunu Bizim.Media-ya açıqlamasında tanınmış pediatr Vaqif Qarayev son zamanlar uşaqlar arasında yeni infeksion xəstəliklərin baş qaldırması məsələsinə münasibət bildirərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI


Onun sözlərinə görə istənilən yaş aralığında olan uşaqlarda klassik COVID əlamətləri ilə yanaşı həm də mədə-bağırsaq traktının zədələnməsi müşahidə olunur:

“Mövsümü mədə-bağırsaq xəstəliklərindən fərqləndirmək üçün COVID-in ilkin əlamətləri görünən kimi test vermək lazımdır. İndi elə bir şəraitdir ki, istənilən infeksiya xəstəlikləri olsa belə, ilk növbədə COVID haqqında düşünməliyik və müalicə aparmalıyıq ki, ağırlaşma olmasın”. 

Azərbaycanda uşaqlar arasında yoluxma ilə bağlı statistika aparılmadığını vurğulayan pediatr Gürcüstanda bu rəqəmin ümumi yoluxanlar arasında 20 faiz təşkil etdiyini bildirib:

“Bu, dəhşətli rəqəmdir. Azərbaycanda da mənim və həkim yoldaşlarımın müşahidələrinə görə COVID-ə yoluxan uşaqlar var. Amma ağırlaşma və ölüm hallarına rast gəlməmişəm. Təki belə davam eləsin. Bir təhlükə də var. Ümumdünya Səhiyyə Təşkilatı tez-tez qorxulu proqnozlar verir. İndi də yeni ştammlar barədə məlumatlar yayır. Artıq BMT də işə qarışıb və bütün dünya ölkələrinə çağırış edir ki, məktəblər açılsın.

Bir tərəfdən yoluxma çoxalıb və dünya yanır, digər tərəfdən isə məktəblərin açılmasını istəyirlər. Necə olacaq? Məntiqimə sığmır. Bu həm valideyn, həm də bir həkim kimi məni çox narahat edir”. 


Vaqif Qarayev Gürcüstanla sərhədin açıq olduğundan da narahatlığını ifadə edib:

“Yoluxma Azərbaycanda olduğu kimi bütün dünyada artır və bu faktdır. Qonşu ölkələr arasında ən gərgin vəziyyəti olan Rusiya ilə Gürcüstandır. Gürcüstan kimi kiçik ölkə üçün isə gündəlik ölüm sayının 80-nin üzərində olması dəhşətlidir. Sərhədlər isə açıqdır və kifayət qədər gediş-gəliş var. Fikrimcə, bu barədə də düşünməliyik”, - deyə həkim əlavə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO