Bu vitaminin azlığı insanı dəli edir - Yorğunluq, qorxu... 

Bu vitaminin azlığı insanı dəli edir - Yorğunluq, qorxu... 

Hazırda oxunan: Bu vitaminin azlığı insanı dəli edir - Yorğunluq, qorxu... 

34261

Fol turşusu - vitamin B9 təkcə hamiləlikdən öncə və hamiləlik zamanı qadınlara təyin olunmur.

O bizim hər birimizə vacib olan vitamindir və çatışmazlığı dəhşətli fəsadlar yarada bilər. 

Bizim.Media xəbər verir ki, Vitamin B9 orqanizmdə çox həyati vacib kimyəvi-bioloji reaksiyalarda iştirak edir.

O, uşaqlı, qadınlı kişili hər kəsə lazımdır. 

-B12 ilə birgə o qan yaranması, qırmızı qan hissəciklərinin yaranması və dövranında iştirak edir. 

-Baş və onurğa beyin işinin, sinir sistemi üçün vacibdir. Çünki fol turşusu onurğa beyin mayesinin bir hissəsidir. 

-Neukleon turşularının sintezində iştirak edir, hansı ki, onlar genetik informasiyanı ötürür, zülal yaranmasında lazımlıdır. 

-Mədə şirəsinin normal ifrazını təmin edir 

-Serotoninin və neyroadrenalinin sintezində vacibdir, bu da psixoemosional durumumuzu təyin edir 

-Hüceyrə nüvəsinin yaranması üçün tikinti materialı rolundadır. 

İnsan sutka ərzində 1-2 qr dol turşusu dozası almalıdır. Müalicə üçünsə sutkada 10-20 mq fol turşusu təyin olunur. 

Orqanizmdə fol turşusu çatışmazlığımı necə bilmək olar. 

Əlamətləri: 

-Dəridə avazıma, ağarma, periferik toxuma və orqanlara qan və oksigenin normal çatmaması səbəbindən hemoqlobinin aşağı düşməsi, halsızlıq, zəiflik 

-Saçların tökülməsi, zəifliyi, dırnaqların qırılması 

-İştahanın olmaması 

-Mədədə aşağı dərəcəli turşuluq 

-Qida intoksikasiyaları, həzmin yaxşı getməməsi 

-Yuxu pozulması, depressiya, apatiya, yorğunluq, pis əhval-ruhiyyə 

-Nevritlər, sinir mənşəli ağrılar, iltihab 

-Meqoblast anemiya - qanazlığı 

-Hamiləlikdə çoxsaylı problemlər, düşüklər, dölün inkişafdan qalması 

-Hər iki tərəfdə sonsuzluq 

-Yaddaşın pozulması 

Fol turşusu defisitini necə aradan qaldırmalı? 

Normal halda bu turşu orqanizmə qida yeməklə daxil olmalıdır. Qidanızda ət, ciyər, balıq, yumurta olmasına nəzarət edin. 

Hər gün ispanaq, yaşıl salat, ərik, şüyüd-cəfəri, pomidor, kəsmik, pendir, qatıq, yaşıl tərəvəz və meyvələrdən heç olmasa birini yeyin. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO