Bu vaksinlər bahalaşdı - TƏLƏSMƏK LAZIMDIR?

Hazırda oxunan: Bu vaksinlər bahalaşdı - TƏLƏSMƏK LAZIMDIR?

30773

"Pfizer-BioNTech" və "Moderna" şirkətləri koronavirus (COVID-19) əleyhinə istehsal etdikləri vaksinlərin qiymətlərini artırıb.

Bizim.Media xəbər verir ki, "Pfizer-BioNTech" şirkəti eyniadlı vaksininin bir dozasının qiymətini 15,5 avrodan 19,5 avroya (31.3 - 39.4 AZN) qaldırıb.

"Moderna" şirkəti isə bir doza vaksinin qiymətini 22,6 ABŞ dollarından 25,5 dollara (38,4-43,3 AZN) qaldırıb.
 

MÖVZU İLƏ BAĞLI:

“100 faiz təsirli peyvənd yaratmaq mümkün deyil” - Mütəxəssis


Qeyd edək ki Avropa Dərman Agentliyi (EMA) hazırda Avropa İttifaqı ölkələrində yalnız "Pfizer-BioNTech", "Moderna", "AstraZeneca", "Johnson & Johnson" şirkətləri tərəfindən istehsal olunan peyvəndlərin istifadəsinə icazə verib.

Mütəxəssislərin fikrincə, Avropanın vaksin bazarındakı qiymət artımı digər istehsalçılara da təsir edəcək. Bu fikrin müdafiəçiləri yaxında Rusiya "Sputnik V"nin də bahalaşacağını iddia edirlər.

Çin isə iqtisadiyyatın digər sektorlarındakı mövqeyini burada da qorumaq üçün qiymət artımına getməyəcək.

Nəticədə əksər ölkələr Çin vaksinindən asılı qalacaq. Amma "Türkocac"ı da unutmaq olmaz. Ekspertlər düşünür ki, peyvındlənməyə tələsmək lazımdır. Yoxsa keyfiyyətsiz və ÜST-ün tanımadığı vaksinlərdən asılılıq yaranacaq.

Sonda qeyd edək ki, bu tip qiymət artımları Prezident İlham Əliyevin ədalətli peyvənd bölgüsü barədə çıxışlarını aktuallaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO