Günəş altında qaralmağın uşaqlar üçün bilmədiyiniz TƏHLÜKƏSİ

Hazırda oxunan: Günəş altında qaralmağın uşaqlar üçün bilmədiyiniz TƏHLÜKƏSİ

30177

Tanınmış ukraynalı pediatr Yevgeniy Komarovskiy öz youtube kanalında uşaqlar üçün "zaqar" almağın təhlükəsi haqqında danışıb.

Bizim.Media xəbər verir ki, pediatrın sözlərinə görə,  uşaqlar ümumiyyətlə gün şüalarının altında olmamalıdır, onlar yalnız kölgədə, çətirin altında "zaqar" ala bilərlər.

Məsələ burasındadır ki, uşaqların dərisi çox nazikdir və onlarda gün yanıqları çox tez inkişaf edir.

Gün yanıqları insanlarda dəri xərçənginin riskini artırır. Uşaqlar üçün belə yanıqlar xüsusilə təhlükəlidir. Həkimin sözlərinə görə, uşaq vaxtı 5 günəş yanığı epizodu böyüyəndə dəri xərçənginin riskini 80% (!) artırır.

Komarovskiy bildirib ki, çimərliyə yollananda və ya günəşli havada gəzməyə gedəndə uşağın bədəninin açıq yerlərinə mütləq günəşdən qoruyan krem çəkilməlidir.

Uşaqlar üçün nəzərdə tutulan kremlərdən istifadə etmək lazımdır. (Sağlamolun.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO