Stresin yol açdığı ölümcül xəstəlik – Həkimlərdən XƏBƏRDARLIQ

Hazırda oxunan: Stresin yol açdığı ölümcül xəstəlik – Həkimlərdən XƏBƏRDARLIQ

25964

Avstraliyanın tibb innovasiyaları üzrə Kertin universitetinin alimləri müəyyənləşdiriblər ki, xroniki stres Altsheymer xəstəliyinin inkişafına səbəb ola bilər.

Bizim.Media “Biological Reviews”a istinadən xəbər verir ki, Devid Qrotun başçılıq etdiyi mütəxəssislər bununla bağlı ekoloji və genetik faktorları araşdırıblar. 

Bu arzuolunmaz vəziyyət orqanizmdə dəmir, hormon və beyinə də təsir göstərir. Stres zamanı hormonların sayı o qədər olur ki, bu yalnız bəzi Altsheymer xəstələrində müşahidə olunur. 

Qeyd edək ki, Altsheymer demensiyanın (ağılsızlıq) geniş yayılmış müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlikdir. Xəstəlik ilk dəfə 1905-ci ildə alman psixiatoru Alois Altsheymer tərəfindən qeydə alındığı üçün onun adı ilə adlandırılıb.

Xəstəlik adətən 65 yaşdan yuxarı şəxslərdə müşahidə olunsa da, ona erkən yaşlarda da rast gəlmək mümkündür. Dünyada bu xəstəlikdən əziyyət çəkənlərin sayı 2006-cı il statistikasına görə 26,6 milyon nəfərdir. 2050-ci ildə bu rəqəmin dörd dəfə artacağı gözlənilir.

Deyəsən hər şey buna doğru gedir. Çünki Ümumdünya Səhiyyə Təşkilatının rəsmi infiormasiyasına görə, hazırda 50 milyon insan demensiyadan əziyyət çəkir. Həkimlər hər il 10 milyon yeni yoluxma qeydə alırlar. Demensiyanın ən geniş yayılan forması isə hələ də müalicəsi tapılmayan Altsheymerdir. 

Stresə düşməmək üçün qayğısız olmağa çalışaq ki, ağılsız olmayaq...

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO